Nilfisk GD5 BATTERY tozsoranı kabellərə və elektrik rozetkalarına ehtiyacı arxada qoyaraq işi daha tez bitirmək üçün sizə lazım olan hər şeyi təklif edir.
Bel çantası dizaynı sizə rahatlıqla işləməyə imkan verəcək! Kompakt və portativ olmaqla Nilfisk GD 5 batareya maşını oturacaqlar, masalar və rəflər arasında məhdud boşluq olan yerlərdə tozla effektiv şəkildə mübarizə aparacaqdır. Maşın kafe, restoranlar, mağazalar, kinoteatrlar, auditoriyalar və konfrans otaqları, həmçinin nəqliyyat üçün ideal variantdır.
İş və çirklənmə yoğunlaşdıqda, gücləndirmə funksiyasını işə salın və optimal təmizləmə performansını təmin etmək üçün əlavə sorma gücü əlavə olunacaqdır. Bütün bunlar elektriklə işləyən tozsoranlar ilə müqayisə edilməyəcək sürətdə baş verir və sinfində ən yaxşı səs səviyyəsi yəni cəmi 60 dB(A) səs təzyiq səviyyəsi sayəsində gündüz təmizliyi də etmək mümkündür.
Bu ifrat hərəkətliliyə əlavə olaraq maşın qeyri-adi məhsuldarlığı təmin etmək üçün uzun işləmə vaxtına və sinfində ən yaxşı olmağa imkan verən cəmi 40 dəqiqəlik doldurma müddətinə malikdir. İki 36V Litium batareyalar arasında keçid sizə dayanmadan işləməyə imkan verəcəkdir. Sadəcə maşını yandırın və işinizi görün!
- Şnursuz və erqonomik bel çantası dizaynı sayəsində maksimum azadlıq və hərəkətlilik
- Tam doldurulmuş 36V Litium Batareyada 60 dəqiqəyə qədər işləmə müddəti ilə yüksək məhsuldarlıq təmin edir
- Sinifində ən yaxşı olmağa imkan verən cəmi 40 dəqiqəlik doldurma müddəti iki batareyanın istifadəsi ilə davamlı təmizlik təklif edir
- Qonaqlar, ziyarətçilər və operator üçün şnurun keçmədiyi daha təhlükəsiz təmizlik mühiti
- Gücləndirilmiş funksiyalar ilə optimal performans, ağır təmizlik üçün sorma gücünü artırır
- Gündüz saatlarında təmizlik işləri görməyə imkan verərək qiymətə qənaət edən aşağı səs səviyyəsi
- Optimallaşdırılmış hava keyfiyyəti üçün optimal HEPA filtri mövcuddur